Qazaxıstan və Rusiya prezidentləri Tokayev və Putin arasında telefon danışığı olub.
İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.
Onlar enerji, sənaye və nəqliyyat da daxil olmaqla, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair sazişləri müzakirə ediblər.
Tokayevin Rusiyaya gözlənilən dövlət səfərinə hazırlıqlara xüsusi diqqət yetirilib.
Görüşdə həmçinin aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Xuraman Etibarlı
İnterpress.az