Bayden HƏMAS-ın tərəfindədir.
İnterpress.az xəbər verir ki, bunu Baydenin Rafiya şəhərinə girəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracağı ilə bağlı təhdidlərini şərh edərkən ABŞ-nin keçmiş prezidenti,Donald Tramp deyib.
“HƏMAS minlərlə günahsız insanı, o cümlədən körpələri qətlə yetirib və Amerika vətəndaşlarını girov saxlayır. Lakin ABŞ prezidenti universitetimizi zəbt etmiş radikal mafiyanın tərəfində olduğu kimi, terrorçuların tərəfindədir”, – Tramp bildirib.
Xuraman Etibarlı
İnterpress.az