Tramp EHTİYAT EDİR: Rusiya sahillərinə sualtı qayıqlar YERLƏŞDİRDİ – VİDEObackend

Tramp EHTİYAT EDİR: Rusiya sahillərinə sualtı qayıqlar YERLƏŞDİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp “ehtiyat tədbiri” olaraq Rusiya sahillərinə sualtı qayıqlar yerləşdirib.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “ehtiyat tədbiri olaraq Rusiya sahillərinə” iki sualtı qayığın göndərilməsi barədə göstəriş verib.

O, ABŞ ordusunun yüksək səviyyəli komandirlərinə müraciət edərək deyib:

“Bu yaxınlarda Rusiyadan bizə kiçik bir təhlükə yarandı və mən sualtı qayıq, nüvə sualtı qayığı göndərdim, ən ölümcül silah”.

O, ABŞ-nin sualtı qayıq texnologiyasında Rusiya və Çini 25 il qabaqladığını da vurğulayıb.

Tramp iddia edib ki, sualtı qayıqların yerləşdirilməsi qərarının nüvə silahından bəhs edildiyi üçün verilib:

“İnsanların “nüvə” sözünü atmasına icazə verə bilmərik”.

Tramp qeyd edib ki, o, hələ də Rusiya və Ukrayna prezidentləri, Putin və Zelenski arasında görüşə ümid edir.

O, həmçinin bildirib ki, müharibənin həlli yalnız “güc yolu ilə” əldə edilə bilərdi: “Əgər biz zəif olsaydıq, telefonu belə götürməzdilər”.

Tramp yenidən Putindən “məyus” olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az