Tramp: Girovlar yalnız HƏMAS məhv edildikdən sonra azad ediləcəkbackend

Tramp: Girovlar yalnız HƏMAS məhv edildikdən sonra azad ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Girovlar yalnız HƏMAS məhv edildikdən sonra azad ediləcək.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.

“Qalan girovların geri qaytarılmasını ancaq HƏMAS məğlub olduqda və məhv ediləndə görəcəyik!!! Bu nə qədər tez baş verərsə, uğur şansı bir o qədər çox olar.

Yadda saxlayın ki, İsrailə (və Amerikaya!) qaytarılan yüzlərlə girovun azad edilməsi üçün danışıqlar aparan və təmin edən mən idim.

Cəmi 6 ayda 6 müharibəni bitirən mən olmuşam. İranın nüvə obyektlərini dağıdan mən olmuşam.

QALİB GƏLMƏK üçün oyna, ya da heç oynama!”, – Tramp qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az