Tramp: İsrailin İordan çayının Qərb sahilini “ilhaq”na icazə verməyəcəyəmbackend

Tramp: İsrailin İordan çayının Qərb sahilini “ilhaq”na icazə verməyəcəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp ərəb liderlərinə söz verib ki, o, İsrailin İordan çayının qərb sahilini “ilhaq etməyə” icazə verməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə müzakirələrlə tanış olan mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.

Ərəb və müsəlman liderləri ilə görüşü zamanı ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Netanyahunun İordan çayının qərb sahilini “ilhaqına” icazə verməyəcəyinə söz verib.

Məlumata görə, Tramp bu məsələdə qəti mövqe nümayiş etdirir.

O, İsrailə HƏMAS-ın deyil, Fələstin Administrasiyasının idarə etdiyi İordan çayının qərb sahilinə tam nəzarət etməyə imkan verməyəcəyinə söz verib.

Bundan əlavə, Tramp və komandası administrasiyanın müharibəni bitirmək planını, o cümlədən “ilhaq” vədini və idarəetmə və müharibədən sonrakı təhlükəsizlik kimi digər detalları əks etdirən ağ kağız yayımlayıb.

Xuraman Etibarlı

İnterpress.az