Tramp Pasxadan əvvəl Kremldən cavab TƏLƏB EDİR: Sülh, yoxsa müharibəyə davam?backend

Tramp Pasxadan əvvəl Kremldən cavab TƏLƏB EDİR: Sülh, yoxsa müharibəyə davam?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Pasxadan əvvəl Kremldən cavab tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Corciya Meloni ilə görüş zamanı jurnalistlərə bildirib.

ABŞ Rusiyanın Ukrayna ilə bağlı qərar verməsini gözləyir. Son tarix katoliklərin və pravoslav xristianların Pasxa bayramını eyni vaxtda qeyd etdiyi bazar gününə qədərdir.

“Bütün bunların dayandırılmasını istəyirik. Bu həftə cavab gözləyirik”, – Tramp deyib.

Ağ Ev sülhdə israr etsə də, danışıqlar Parisdə baş tutub. ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın müttəfiqləri ilə, pərdə arxasında isə Ukrayna nümayəndə heyəti ilə görüşüb.

Eyni zamanda, dövlət katibi Marko Rubio və bu yaxınlarda Putinlə üçüncü dəfə şəxsən danışdığı şayiələnən Trampın emissarı Stiv Vitkoff Parisə gəlib.

İndi hər şey Kremldən asılıdır. Ya müharibə həqiqətən bitəcək, ya da Rusiyaya təzyiqlər, atəşlər və ölənlərin sayı dəfələrlə artacaq.

Xuraman Etibarlı

İnterpress.az