Tramp: Zelenski və Putin danışıqlara hazır deyil, amma tezliklə nəsə olacaqbackend

Tramp: Zelenski və Putin danışıqlara hazır deyil, amma tezliklə nəsə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski və Putin danışıqlara hazır deyil, amma tezliklə nəsə olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CBS News-a açıqlamasında bildirib.

O deyib ki, həm Ukrayna lideri Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putin hələ danışıqlara hazır deyil.

“Bir şey olacaq və onlar hələ buna hazır deyillər. Amma nəsə olacaq. Biz bunu edəcəyik,” – Tramp vurğulayıb.

O, Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasının “ən asan” münaqişələrdən biri olacağını düşündüyünü, lakin əslində bunun “daha mürəkkəb” olduğunu etiraf edib.

Tramp həmçinin diplomatik danışıqlara yanaşmasını, yəni “əsas liderləri bir otağa daxil etmək” və onları tez-tez sövdələşməyə rəhbərlik etməklə razılaşmağa inandırmaq olduğunu xatırladıb.

Xuraman Etibarlı

İnterpress.az