Trampın elçisi Livanda jurnalistləri sərt tənqid edib.
İnterpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Tom Barak Livanda keçirilən konfrans zamanı jurnalistlərə sərt xəbərdarlıq edib.
Prezident sarayında baş tutan tədbirdə Barak bildirib:
“Əgər heyvan kimi davransanız, konfransı tərk edəcəyik! Özünüzü mədəni aparın…”.
Hadisə Livan prezident sarayında jurnalistlərin suallarina verdiyi cavablara görə baş verib.
Barakın bu sərt reaksiyası diplomatik dairələrdə və mediada müzakirələrə səbəb olub.
Hələlik nümayəndəlikdən əlavə açıqlama verilməyib, lakin bu insident Livan və ABŞ arasındakı media münasibətlərində gərginliyi artıran bir fakt kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az