Trampın oğlu sosial şəbəkə istifadəçilərini “kloun” ADLANDIRDIbackend

Trampın oğlu sosial şəbəkə istifadəçilərini “kloun” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın oğlu sosial şəbəkə istifadəçilərini “kloun” adlandırıb.

Interpress.az xəbər verir ki, o, bu barədə kiçik Tramp Truth Social platformasında yazıb.

ABŞ sabiq prezidenti Donald Trampın oğlu sosial şəbəkə istifadəçilərini Ukraynaya dəstək məqsədilə profillərində Ukrayna bayrağı paylaşdıqlarına görə “kloun” adlandırıb.

“Qəribədir, amma profillərində Ukrayna bayrağı olan bütün klounlar bu mövzuda susurlar”, – Trampın oğlu qeyd edib.

Onun bu sözləri ABŞ-də 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanın Şimali Karolinada qatarda evsiz bir şəxsin hücumu nəticəsində öldürülməsi hadisəsi ilə bağlı müzakirələr zamanı səslənib.

Tramp oğlu paylaşımında “The New York Times”da bu cinayətlə bağlı heç bir materialın olmadığını da diqqətə çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az