Muğlanın Datça rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqdan 28 qeyri-qanuni mühacir xilas edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Datça sahillərində rezin qayıqda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qrup göndərilib.
Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqda olan 28 qeyri-qanuni mühacir sahilə çıxarılıb.
Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.