Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimek” əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.
İnterpress.az “TRT Haber”ə istnadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
“Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını dağıtmağa davam edir. İraqın şimalında antiterror əməliyyatına dəstək vasitələrimizlə 3 PKK-çı zərərsizləşdirilib”, – Nazirlik qeyd edib.