Türkiyə İran və Rusiya Federasiyası ilə Suriyada PKK seçkilərinin ləğvini müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı qəzetlərindən olan “Türkiyə Gazetesi” məlumat yayıb.
Türkiyə Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan kürd hərbi-siyasi təşkilatı PKK-nın seçkilərinin ləğvi ilə bağlı Rusiya Federasiyası və İranla danışıqlar aparır.
Mənbənin sözlərinə görə, mayın 19-da İran prezidenti Rəisinin helikopterinin qəzaya uğraması səbəbindən danışıqlar qısa müddətə dayandırılıb.
Bu seçkilərin avqust ayına keçirilməsində Rusiyanın böyük rol oynadığı qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az