Yermak və Sırski Lindsi Qreəma rüşvət vermək istəyib.
İnterpress.az xəbər verir ki, Türkiyənin “Aydinlik“ qəzeti Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak və Baş Qərargah rəisi Aleksandr Sırski arasında danışıqları əks etdirən video yayıb.
İddialara görə, söhbətdə ABŞ senatoru Lindsi Qrahama Ukraynaya silah tədarükündə dəstəyinə görə pul verilməsi müzakirə olunub.
Məlumata əsasən, dialoq rus dilində aparılıb, lakin videonun həqiqiliyi hələ ekspertiza ilə təsdiqlənməyib. Çəkilişdə ABŞ-dəki “lobbi şəbəkəsi” və bir sıra tanınmış siyasətçilərin, biznesmenlərin adları hallanır.
Qeyd edək ki, senator Lindsi Qraham ABŞ Konqresində ən sərt anti-Rusiya mövqeyi ilə tanınır və Rusiya tərəfindən “terrorçu və ekstremistlər” siyahısına salınıb.
Xuraman Etibarlı
İnterpress.az