Türkiyə məzunu olan azərbaycanlılar bir araya gəldilər: Abdullah Ərən iftar proqramına qatıldı – FOTObackend

Türkiyə məzunu olan azərbaycanlılar bir araya gəldilər: Abdullah Ərən iftar proqramına qatıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 24-də Bakıda Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformu tərəfindən iftar proqramı təşkil edilib.

Yenicag.az xəbər verir ki, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən, Türkiyə səfiri Birol Ağgün, Milli Məclisin deputatları Anar İsgəndərov, Fazil Mustafa, Naqif Həmzə, Türkiyə və Azərbaycandan olan iş adamlarının, müxtəlif dövlət qurumlarının rəsmilərinin qatıldığı iftar proqramında çıxış edən platformanın koordinatoru Telman Nüsrətoğlu qonaqları salamlayaraq müqəddəs Ramazan ayı münasibətilə onları təbrik edib.

Telman Nüsrətoğlu sırf bu proqram üçün Azərbaycana bir günlük səfər edən YTB sədri Abdullah Ərənə xüsusilə təşəkkür edib. O, Türkiyədə təhsil almış azərbyacanlıların iki ölkə arasında mədəni körpü rolu oynadığını vurğulayıb.

Çıxış edən YTB sədri Abdullah Ərən bildirib ki, Türkiyə onminlərlə xarici tələbəyə ev sahibliyi edir və bu rəqəm hər ötən il daha da artır. O, ölkəsində təhsil alan azərbaycanlı tələbələrin əldə etdikləri uğurları böyük qürurla izlədiklərini vurğulayaraq proqram təşkilatçılarına təşəkkür edib.

Daha sonra Türkiyə səfiri Birol Ağgün, Milli Məclisin deputatları Anar İsgəndərov və Fazil Mustafa çıxış edərək, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında məzunların rolundan bəhs ediblər.

Proqram iftar yeməyi ilə davam edib.