Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaqbackend

Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Eskişehir Azərbaycanlılar Dərnəyi bu şəhərdə yerləşən yerli televiziya kanalı “EsTV”də “Üç cizgi” adlı televiziya proqramı hazırlayıb. Proqram sentyabrın 25-dən kanalda yayımlanacaq.

Dərnəyin başqanı Cavid Aydın Modern.az-a bildirib ki, proqramın yaranmasında məqsəd Azərbaycanın tarixi və mədəniyyət bağlarını qardaş ölkədə daha çox tanıtmaqdır.

“Azərbaycanın media vasitəsilə daha çox insana tanıtmaq məqsədilə Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq belə bir qərar verdik. Öncə Eskişehirin yerli televiziya kanalı “EsTV” ilə görüşdük. Qurduğumuz media kollektivi ilə çalışmalara başladıq. Kanala media heyətinin hazırladıgı proqramı təqdim etdik. Verdiyimiz proyekt qəbul edildi və biz nəhayət bir neçə gün sonra yayına başlayacağıq”.

Cavid Aydın ilk proqramın mövzusunu da açıqlayıb. İlk proqramın movzusu Azərbaycan Türkiyə münasibətləri olacaq. Proqramın ilk qonaqları isə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupu başqanı, İstanbul millətvəkili Şamil Ayrım və Eskişehir Azərbaycanlılar Dərnəyi başkanı uzm. Ecz. Cavid Aydın olacaq.

Dərnəyin “Üç cizgi” adlı aylıq jurnalı da yayımlanır.

İnterpress.az