Türkiyədə MARAQLI HADİSƏ: Maşinist futbolu izləmək üçün qatarı DAYANDIRDI – VİDEObackend

Türkiyədə MARAQLI HADİSƏ: Maşinist futbolu izləmək üçün qatarı DAYANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə maşinist komandasının avrokubokdakı matçını izləmək üçün fan zonasının yaxınlığında qatarı saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb. Nəşr yazır ki, sosial şəbəkələrdə türkiyəli bir metropoliten maşinistinin komandasının Avstriya ilə oyununa qısa müddətə baxmaq üçün bütöv bir qatarı necə saxladığına dair gülməli video yayılıb.

“İstanbulda şəhər qatarının maşinisti sərnişinlərin bir gün öncə baş tutan Türkiyə-Avstriya matçını izləmələri üçün bir müddət dayanıb. Oyunu izləmək üçün şəhərin mərkəzi ərazilərində böyük ekranlar quraşdırılıb”, – nəşr qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az