Türkiyədə QALMAQAL: Həkim açıq geyimə görə pasiyenti QƏBUL ETMƏDİ – VİDEObackend

Türkiyədə QALMAQAL: Həkim açıq geyimə görə pasiyenti QƏBUL ETMƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dövlət xəstəxanasının oftalmoloqu qadın pasiyenti “çox açıq geyindiyi” üçün müayinə etməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlum olub. Türkiyənin Konya şəhərində dövlət xəstəxanasının oftalmoloqu Həsən Hüseyn Uysal qadın pasiyenti “çox açıq geyindiyi” üçün müayinə etməkdən imtina edib.

Pasiyent qısa köynəklə müayinəyə gələndə həkim onu “çılpaq” adlandıraraq “Özünü nümayiş etdirənləri müayinə etmirəm” deyib.

Hadisənin videosu və qadının geyimi sosial şəbəkələrdə paylaşılaraq geniş rezonans doğurub.

Ardınca Türkiyə Səhiyyə Nazirliyi və Konya qubernatorluğu həkim haqqında inzibati araşdırmaya başladığını açıqlayıb.

Uysal eyni zamanda Konya şəhərində İHH xeyriyyə təşkilatının şöbə rəhbəri olduğu üçün məsələ daha da böyük ictimai diqqət çəkib.

Qubernatorluq və Nazirliyin bəyanatında bildirilib ki, araşdırma “xüsusi diqqətlə” aparılır.

Müxalifət və hakimiyyət tənqidçiləri bu hadisəni ölkədə “islamlaşma” və konservativ yanaşmaların güclənməsi ilə əlaqələndirir.

Həkimi müdafiə edənlər isə “ictimai əxlaqın qorunması” və “ənənəvi dəyərlərə hörmət” arqumentlərini önə çəkərək onun addımını prinsipiallıq kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

interpress.az