Türkiyədə rusiyalı turisti sürətli qayıq vuraraq ÖLDÜRDÜ – VİDEObackend

Türkiyədə rusiyalı turisti sürətli qayıq vuraraq ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə rusiyalı turisti sürətli qayıq vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Faciə Çamyuva (Kəmər) yaxınlığında baş verib.

20 yaşlı kapitanın olduğu su idmanı şirkətinə məxsus kommersiya sürət qayığı tam sürətlə 42 yaşlı qadını vurub.

Turist sahildən 30-40 metr aralıda çimirmiş.

Polis qayığın kapitanı və sahibini saxlayıb, araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az