Türkiyədə xüsusi təhlükəli PKK yaraqlıları məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə Jandarma Baş Kəşfiyyat İdarəsi Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində kürd hərbi-siyasi təşkilatı PKK-nın iki xüsusi təhlükəli silahlısını zərərsizləşdirib.
Onlardan biri Azad Akıncı axtarışda olanlar siyahısında “qırmızı kateqoriyaya” düşüb.
Bu yaraqlıların təşkilatın 6 “əməliyyatında” iştirak etdiyi, nəticədə 3 təhlükəsizlik qüvvələrinin və 5 mülki şəxsin öldürüldüyü qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az