Türkiyəli alpinistlərin UNESCO-nun siyahısında olan şəlalədən Azərbaycana dəstəyibackend

Türkiyəli alpinistlərin UNESCO-nun siyahısında olan şəlalədən Azərbaycana dəstəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzurum şəhərində alpinistlər Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırıblar.

Bu barədə “Anadolu Agency” xəbər yayıb.

Məlumata görə, dəstək aksiyası UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilən və ilin hər dövründə fərqli gözəlliyi ilə heyran qoyan Tortum şəlaləsində 48 metr hündürlükdə həyata keçirilib.

Türkiyə Alpinizm Federasiyası Ərzurum Şəhər Nümayəndəsi Erdal Emeç açıqlamasında bu fəaliyyətlərini bu günə qədər həyata keçirdikləri ən mənalı aksiya adlandırıb.

“Qardaş ölkəmiz hazırda çox mənalı və çətin dövrdən keçir. Biz də yanlarında olduğumuzu göstərmək üçün belə bir jest etmək istəyirdik. Azərbaycan və Türkiyə – iki bayraq və bir xalqdır.

Ərzurumdan azərbaycanlı qardaşlarımıza Dağlıq Qarabağda qələbə diləyirik, hər zaman yanlarında olduğumuzu bildirmək istəyirik”, – deyə o bildirib.

İnterpress.az