Son 20 il ərzində Türkiyə çox uğurlu, yaxşı inkişaf etmiş texnologiya ekosisteminin yaradılmasına nail olub.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavni Zekeriya Çoştu bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.
Nazir müavini bildirib ki, 20 il əvvəl Türkiyədə texnoloji ekosistem yox səviyyəsində idi: “Türkiyədə 100-dən çox texnopark tikilib, minlərlə startap və texnologiya şirkəti yaradılıb. Bu addımlar sayəsində ölkə güclü texnoloji sistemə sahib olub”.
O bildirib ki, gələcəkdə qeyd edilən sahə üzrə daha da yaxşı nəticələr əldə ediləcək: “Bunun üçün əsas məqam ölkədə təhsil imkanlarının yaradılması və yetişdirilən istedadlı kadrların ölkədə qalması üçün şərait formalaşdırmaqdır”.