İstanbulda türkiyəli qız azərbaycanlını bıçaqlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbulun Bahçelievler rayonunda 16 yaşlı Dilara Ç. 25 yaşlı Rasif Hüseynovu bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, Hüseynov qıza qarşı cinsi zorakılıq etməyə çalışıb.
Qız isə özünü müdafiə edərək ona bir neçə bıçaq zərbəsi endirib.
Hadisə yerinə polis və təcili yardım çağırılıb, araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az