Türkiyənin Ədalət və İnkişaf Partiyası Ermənistanın Azərbaycana hücumunu qınadı: “Ermənistan odla oynayır”backend

Türkiyənin Ədalət və İnkişaf Partiyası Ermənistanın Azərbaycana hücumunu qınadı: “Ermənistan odla oynayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Ermənistanın Azərbaycana hücumunu qınayıb.

O, “Twitter” hesabında bu barədə paylaşım edib:

“Biz Ermənistanın Azərbaycana qarşı hücumunu qətiyyətlə pisləyirik. Ermənistan təxribat və qanuna zidd provakasiya törədib. Ermənistanla əlaqəli olan qətliam şəbəkələri bu hücumlarla cinayət törədir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir. Türkiyə Azərbaycanın yanındadır. Ermənistan odla oynayır və bölgədə sülhü təhdid edir. Bu hücumlar bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüququ tanımır, beynəlxalq ictimaiyyət Ermənistanı mühakimə etməlidir”.

Türkiyənin bu zamana qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayan Çelik hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

İnterpress.az