Türkmənistan vətəndaşlarının Özbəkistan üzərindən Rusiyaya daxil olmasına icazə verilmir.
İnterpress.az xəbər verir ki, bu barədə “Turkmen.news” məlumat yayıb.
Bildirilir ki, Daşoğuz vilayətində Türkmənistan və Özbəkistan sərhədində, qonşu ölkədən Rusiyaya gedən Türkmənistan vətəndaşları heç bir izahat verilmədən geri qaytarılır.
Nəşr yazır ki, nə tranzit, nə də turist vizası ilə ölkəni tərk etmək mümkündür.
Bəzi mənbələr hesab edir ki, bu yolla Türkmənistan hakimiyyəti ölkədən əmək miqrantlarının axınını dayandırmaq istəyir.
Digərləri isə hesab edir ki, bu tədbirlər Türkmənistan vətəndaşlarının Ukraynadakı müharibəyə cəlb edilməsi hallarının artması ilə əlaqədar həyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.az