Ucarda traktorla maşın toqquşub, xəsarət alanlar varbackend

Ucarda traktorla maşın toqquşub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarda yol qəzası olub.

Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır./apa