“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa bu gün çıxacaq.
Son Azərbaycan çempionu səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcək.
Xorvatiyalı referi Ante Kulinanın idarə edəcəyi matç Dublindəki “Tolka Park” arenada, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Ante Çulina (Xorvatiya).
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.