Uitkoff: İlin sonuna qədər bir sıra münaqişələrin həlli gözlənilir – VİDEObackend

Uitkoff: İlin sonuna qədər bir sıra münaqişələrin həlli gözlənilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonuna qədər bir sıra münaqişələrin həlli gözlənilir.

İnterpress.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

O bildirib ki, ilin sonuna qədər Rusiya–Ukrayna müharibəsi, İranla gərginlik, eləcə də İsrail və HƏMAS arasındakı qarşıdurmanın aradan qaldırılmasına dair razılaşmalar əldə olunması planlaşdırılır.

Uitkoff, eyni zamanda İsrail və İran arasındakı kəskinləşmənin deeskalasiya olunmasının Ukrayna münaqişəsində də müsbət impuls yaratmasını gözlədiklərini vurğulayıb.

Onun sözlərinə görə, bu üç əsas region — Rusiya və Ukrayna, İran və İsrail–HƏMAS üzrə konfliktlərin sülh yolu ilə həlli ABŞ-nin prioritetlərindədir.

Xuraman Etibarlı

İnterpress.az