Ukrayna limanlarından 721 min tondan çox taxıl ixrac edilibbackend

Ukrayna limanlarından 721 min tondan çox taxıl ixrac edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadan taxılın təhlükəsiz daşınması üçün Birgə Koordinasiya Mərkəzinin işə başlamasından indiyədək ən azı 721 min ton taxıl ixrac edilib.

Bu barədə bazar ertəsi Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, Türkiyə bu prosesin ləngiməməsi, taxıl yüklərinin tez və təhlükəsiz şəkildə çatdırılması üçün səylərini davam etdirir.

Nazir qeyd edib ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı Mərkəz nümayəndələrinin nəzarətində olan humanitar dəhliz vasitəsilə həyata keçirilir. Boğaza girməzdən əvvəl hər gəmi yoxlanılır. Oxşar tədbirlər Ukraynaya gedən boş yük daşıyıcılarına da tətbiq edilir.

Mənbə: TASS