Rusiya və Ukrayna tam atəşkəs elan etməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Aleksey Venediktov (Rusiyada xarici agentlər siyahısındadır) məlumat verib.
O, Ukraynanın müdafiə naziri Rüstəm Ömərovun sözlərinə istinadən bildirib ki, Ukrayna və Rusiya Federasiyası hərbi əməliyyatların tam dayandırılması (atəşkəs) barədə rəsmi qərar elan etməyi planlaşdırırlar.
Məlumata görə, döyüşlərin dayandırılması və bu prosesə nəzarət mexanizmləri artıq Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən görüşlər zamanı müzakirə olunub.
Bildirilir ki, tərəflər arasında atəşkəsin tətbiqi üsulları və monitorinqin aparılması ilə bağlı detallı müzakirələr yekunlaşmaq üzrədir.
Xuraman Etibarlı
İnterpress.az






