Ukraynada 1,5 milyardlıq “kölgə sxem” İFŞA OLUNDU – FOTObackend

Ukraynada 1,5 milyardlıq “kölgə sxem” İFŞA OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə 1,5 milyard qrivnalıq (təxm. 66,7 milyon man.) “kölgə maliyyə mərkəzi” ifşa olunub.

Interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyevdə Dövlət Vergi Xidmətinin sabiq sədr müavinini saxlayıb. İlkin məlumatlara görə, söhbət Yevgeni Bambizovdan gedir.

İstintaqın məlumatına görə, o, 2023–2025-ci illərdə dörd əməkdaşı ilə birlikdə dövlət büdcəsindən mənimsənilən vəsaitlərin yuyulması sxeminə rəhbərlik edib.

Müttəhimlər əsasən yalnız “kağız üzərində” işləyən onlarla uydurma şirkət yaradıblar, həmçinin Kiyevdə ofis icarəyə götürüblər və orada kölgə sənədləri saxlayıblar.

Müştərilər arasında dövlət qurumları üçün podrat işləri görən şirkətlər də olub.

Sxemin bütün iştirakçıları saxlanılıb. Onlara əmlak müsadirəsi ilə 12 ilədək həbs cəzası verilə bilər.

Xuraman Etibarlı

Interpress.az