Ukraynada birinci sinfə gedənlərin sayı 20% AZALIBbackend

Ukraynada birinci sinfə gedənlərin sayı 20% AZALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada birinci sinfə gedənlərin sayı 20% azalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ali Radanın Təhsil Komitəsinin sədri Sergey Babak məlumat verib.

O bildirib ki, ötən illə müqayisədə bu il 314 min əvəzinə 252 min uşaq məktəbə başlayıb.

Onun sözlərinə görə, valideynlər demək olar ki, altı yaşlı uşaqları xaricə aparmır, bəziləri isə geri qayıdır.

Lakin müharibənin nəticələri və doğum səviyyəsinin enməsi uzun müddət hiss olunacaq — birinci sinif şagirdlərinin sayı gələcəkdə də azalacaq.

Xuraman Etibarlı

İnterpress.az