Ukraynada Xocalı soyqırımının 30 illik tədbirləri keçiriləcəkbackend

Ukraynada Xocalı soyqırımının 30 illik tədbirləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar Mərkəzi (İSBAM) Xocalı Soyqırımının 30 illiyi münasibətilə layihə həyata keçirir.

Mərkəzin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata əsasən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçiriləcək layihə Ukraynada baş tutacaqdır.

Layihə ilə bağlı hazırlıq işləri bu ilin fevral ayının 1-dən başlayıb.

Layihə çərçivəsində Xocalı Soyqırımını əks etdirən, anladan müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə fevral ayının 14-dən başlayaraq, ayın sonuna qədər Ukraynanın Kiyev, Xarkov, Dnepr və Nikolayev şəhərlərində keçiriləcəkdir.