Ukraynada yeni “Nimbus” koronavirus ştammı aşkarlanıb.
İnterpress.az xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyi ölkədə “Nimbus” adlı yeni koronavirus ştammının aşkarlandığını açıqlayıb.
Nazirliyin məlumatına görə, bu subvariant hazırda dünyada “Stratus” ştammı ilə yanaşı dominant mövqedədir.
Ukraynada “Stratus”a 38 yoluxma qeydə alınıb, “Nimbus” isə hələlik yalnız bir nəfərdə aşkarlanıb.
Ukrayna İctimai Səhiyyə Mərkəzinin açıqlamasına əsasən, 4–10 avqust tarixlərində ölkədə ümumilikdə 1197 koronavirus infeksiyası halı qeydə alınıb.
Yeni “Nimbus” ştammının əsas simptomları öskürək, burun tutulması, yorğunluq, baş ağrısı və kəskin boğaz ağrısıdır.
Pasiyentlər boğaz ağrısını “ülgüc kimi” hiss etdiklərini, bunun nəfəs alma və udmanı xeyli çətinləşdirdiyini bildiriblər.
“Stratus” ştammında isə simptomlar oxşar olsa da, kəskin boğaz ağrısı əvəzinə səs tutulması (xırıltılı səs) daha çox müşahidə edilir.
Xuraman Etibarlı
İnterpress.az