“Bizim üçün əsas o idi ki, seçki prosesində hər şey beynəlxalq və insan hüquqlarına hörmət çərçivəsində baş verib”.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Volodimir Kreidenko mətbuat konfransında deyib.
O vurğulayıb ki, Ali Radanın müşahidə missiyası olduğu bütün məntəqələrdə eyni mənzərəni müşahidə edib:
“Bu, mənim Azərbaycanda müşahidə etdiyim ilk seçki deyil. Mən daha əvvəl parlament və prezident seçkilərini müşahidə missiyasında iştirak etmişəm. Bütün bu seçkilərin oxşar cəhəti azad, ədalətli və demokratik keçirilməsidir. Onların hamısında seçicilər təzyiq olmadan öz istədikləri namizədə səs verərək, məntəqələri tərk edirlər. Biz Bakıda 10 seçki məntəqəsində müşahidə apardıq və eyni mənzərəni gördük. Hər kəs çox azad şəkildə gəlib öz namizədlərinə səs verirdi. Əlbəttə ki, Azərbaycan Parlamentinin əvvəlki üzvləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə də bizim yaxın münasibətlərimiz var. Ukrayna müharibə şəraitindədir. Biz ümid edirik ki, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyik. Biz Azərbaycanı strateji tərəfdaş olaraq görürük. Biz Azərbaycanın uğur qazanmasında maraqlıyıq”.