Ukraynalı idmançılar Olimpiadada belarus və ruslarla ƏL SIXMAYACAQbackend

Ukraynalı idmançılar Olimpiadada belarus və ruslarla ƏL SIXMAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı idmançılara Parisdə keçiriləcək Olimpiadada belarus və ruslarla əl sıxmamağa rəsmən icazə verilib.

interpress.az xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutzeyt bildirib.

Beynəlxalq idman federasiyaları ukraynalı idmançılara Parisdə keçiriləcək Olimpiadada belarus və ruslarla əl sıxmamağa rəsmən icazə verib.

Baxmayaraq ki, bu, qaydaların pozulmasıdır, onlar əllə salamlaşmayacaqlar.

“Biz bu məsələni əvvəlcədən nəzərə almışıq və artıq razılığa gəlmişik”, – Qutzeyt deyib.

Xuraman Etibarlı

İnterpress.az