Ukraynanın Əməkdar artisti müharibədə həlak oldubackend

Ukraynanın Əməkdar artisti müharibədə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Əməkdar artisti Aleksandr Şapoval Ukrayna uğrunda gedən döyüşdə həlak olub. Faciənin təfərrüatı barədə balerina və “Ulduzlarla rəqslər” layihəsinin münsiflər heyətinin üzvü Yekaterina Kuxar məlumat verib.

“Qəlbimiz buna inanmaq istəmir… Bu gün düşmən Ukraynanın Əməkdar artisti, rəqs müəllimi Şapoval Aleksandr Nikolayeviçin həyatına son qoydu. O, görkəmli sənətkar idi. Onunla hər çıxışımız həyatla dolu idi… Çünki o, çox nadir insanlardan idi ki, səhnə ilə nəfəs alırdı, səhnə ilə yaşayırdı… İndi isə onun rəqsi əbədiləşdi… Çox ağrılıdır… Çətindir… Nur içində yat, Saşa… Sən həmişə qəlbimizdə, xatirələrimizdə olacaqsan…”, – deyə Yekaterina “Instagram” bloqunda yazıb.

Məlum olub ki, Ukrayna Milli Operasının solisti Donetsk vilayətinin Mayorsk kəndi yaxınlığında ölümcül yara alıb.

Aleksandr Şapoval könüllü olaraq Vətəni uğrunda döyüşlərə qatılıb.

Mənbə: UNİAN