Ukraynanın müqaviməti Rusiyanın Qafqaz və türk respublikaları ilə bağlı planlarını alt-üst edib.
Interpress.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “Türkiye Gazetesi”nə müsahibəsində bildirib.
Ukraynanın Türkiyədəki səfiri Cəlal bildirib ki, Ukrayna xalqının üç ildən artıq davam edən müqaviməti Rusiya Federasiyasının Qafqaz və türk respublikalarına dair planlarını pozub.
O qeyd edib ki, əgər Moskva Ukraynada ilişib qalmasaydı, növbəti hədəfi türk respublikaları və Qafqazda tam nəzarət əldə etmək olardı.
Ukrayna müqaviməti həmçinin Azərbaycan vətəndaşlarının Qarabağ üzərində nəzarəti bərpa etməsinə və Suriya xalqının müharibə şəraitində müqaviməti davam etdirməsinə imkan verib.
Diplomat əlavə edib ki, Rusiyanın planlarında hələ də “boğazlar üzərində nəzarət və hətta İstanbulun işğalı” ideyası mövcuddur.
Xuraman Etibarlı
Interpress.az