Rusiyanın Ukraynaya raket hücumu nəticəsində paytaxt Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var.
İnterpress.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serxi Popko “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Podilski və Svyatoşinski rayonlarında dağıntılar olub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların dəqiq sayı məlum deyil.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Kiyev meri Vitali Kliçko da məlumatı təsdiqləyib, Podilski rayonundakı anbarda yanğın baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində Kiyevdə 7 nəfər yaralanıb.