Ürəkləri dağlayan hadisənin YENİ TƏFƏRRÜATLARIbackend

Ürəkləri dağlayan hadisənin YENİ TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Marneulidə ölümlə nəticələnən ağır bədbəxt hadisə baş verib.

İnterpress.az-ın əldə etdiyu xəbərə görə, dünən təxminən saat 13:20 radələrində soydaşlarımızın kompakt yaşadığı Marneulinin Merab Kostava küçəsində avtomobil 2005 təvəllüdlü yol keçməyə çalışan piyada qızı vurub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə yerinə təcili yardım maşını gec gəlib və onlar 17 yaşlı qızı xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Əldə edilən məlumata görə, sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil dönmə hərəkətini həyata keçirərkən bu vaxt yolu keçən piyada qızı vurub.

Hadisə yerinə patrul polis cəlb olunub. Bədbəxt hadisənin törədicisi özü hüquq-mühafizə orqanı əməkdaşlarına yerindəcə təslim olub.