Uşaq qidasından dəmir parçası ÇIXDI: İstehsalçı tam məsuliyyət daşıyır – Ekspertbackend

Uşaq qidasından dəmir parçası ÇIXDI: İstehsalçı tam məsuliyyət daşıyır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar üçün satılan “Bolluq LTD” MMC-nin məhsulunun içindən dəmir parçası çıxıb. Məhsulun içindən yad cisimin çıxması ilə bağlı məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb, araşdırma aparılacaq.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

Ekspert bildirib ki, qida məhsulunun, xüsusən də uşaqlar üçün nəzərdə tutulmuş məhsulun içərisindən çıxan hər bir yad cisim və ya hissəciyə görə məsuliyyət istehsalçı şırkətin üzərinə düşür.

“Məhsul hansı şirkətə aid olub-olmasında asılı olmayaraq, qablaşdırma böyük önəm kəsb edir. Nəzərə alsaq ki, həmin məhsul  azyaşlıların qidalanacağı bir şeydirsə, o zaman artıq məhsuliyyət birə-beş artır. O ki, qaldı hansısa firmanın məhsullarının içərisindən hər hansısa bir əşyaların çıxması artıq burada məsələ istehsalcı şirkətin üzərinə düşür.

Bir məsələ də var. Ola bilər, məhsul hansısa bir ölkədən gətirilmiş mənsul ola bilər, idxal mənsul ola bilər. Burada artıq distribütor şirkət birmənalı məsuliyyət daşıyır bu məsələdə. Amma yerli şirkətin öz istehsal etdiyi mənsuldursa, artıq burada birmənalı məsuliyyət – həm istehsal məsuliyyəti, həm qablaşdırma məsuliyyəti, həm də çatdırılma məsuliyyəti birbaşa həmin şirkətin üzərinə düşür.

Bir daha deyirəm, məhsula baxdıqda alıcı vizual olaraq onun yalnız yararlıq müddətini görə bilir, qablaşdırmanın içərisini və keyfiyyətini isə heç bir müştərinin görmək imkanı yoxdur.

Burada artıq bir daha qeyd edim ki, məsuliyyət və peşəkarlıq, işinə düzgün formadan yanaşmaq şirkətin aidiyyəti məsuliyyətli insanlarının, bu işlə əlaqəli şirkətin çalışanlarının üzərində düşür”, – ekspert fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az