ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışırbackend

ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.

“İnterpress.az”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Biz Çinə [koronavirusun mənşəyinə dair məlumatlara] tam girişi təmin etmək üçün təzyiq edirik. Biz ölkələri Çin rəsmiləri ilə ikitərəfli görüşlərində bu məsələni qaldırmalarını xahiş edirik”, – o deyib.

ÜST-nin baş direktoru vurğulayıb ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə “nümayəndə heyəti göndərmək istəyir”.

Qebreyesus qeyd edib ki, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir.

“Aydın dəlil almayana qədər heç nə deyə bilmərik. Cavab alacağıq. Bu zaman məsələsidir”, – o diqqətə çatdırıb. ÜST-nin baş direktoru söyləyib ki, COVID-19-un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.