Gürcüstan alkoqol istehlakına görə dünyada ikinci yerdədir.
İnterpress.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST-ün son məlumatlarına görə, Gürcüstanda 15 yaşdan yuxarı hər bir vətəndaş ildə orta hesabla 14,4 litr spirtli içki qəbul edir.
Gürcüstanı qabaqlayan yeganə ölkə Rumıniyadır. Orada ildə orta hesabla 16,8 litr spirtli içki qəbul edilir.
Reytinqdə üçüncü yeri isə Latviya (12,87 litr) tutur.
Xuraman Etibarlı
İnterpress.az