Valideynlərdən DƏHŞƏTLİ ƏMƏL: Körpəyə dağ basaraq ÖLDÜRDÜLƏR – FOTObackend

Valideynlərdən DƏHŞƏTLİ ƏMƏL: Körpəyə dağ basaraq ÖLDÜRDÜLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dəhşətli qətl törədilib. Valideynlər 3 yaşlı körpənin bədənində siqaret kötükləri söndürüb və üstünə qaynar su töküblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Valideynlər körpənin bədənində siqaret kötükləri söndürüb və üstünə qaynar su töküblər.

Körpə bir dəfə valideynlərindən götürülüb, lakin onlar uşağı internatdan qaytara biliblər. Daha sonra uşaq ailədə cəmi 2 ay yaşayıb və onlar körpənin həyatını əsl cəhənnəmə çeviriblər.

Nalayiq cütlük qızı telefon kabeli ilə döyüb, qızının üzərinə qaynar su töküb və siqaret kötüklərini söndürüblər. Bədəndə sağlam yeri olmayıb.

Qonşular vəziyyətə təsir göstərməyə çalışsalar da, vaxtında eşidilməyib.

Faktla bağlı cinayət işi açılıb. Ancaq bu, körpəyə heç bir şəkildə kömək etməyəcək.

Xuraman Etibarlı

İnterpress.az