Venesuelada daşqınlarda azı 22 nəfər ölüb, 52 nəfər itkin düşübbackend

Venesuelada daşqınlarda azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın şimalında daşqınlar nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Prezident Nikolas Maduro üç günlük matəm elan edib.

Bu barədə icraçı vitse-prezident Delsi Rodriges bildirib.

“Bu günə qədər 22 meyit tapılıb, 52-dən nəfərdən çox insan itkin düşüb”, – D.Rodriges qeyd edib.

Onun sözlərinə görə, Las-Teherias şəhəri yaxınlığında bir neçə dağ çayı öz sahilindən çıxıb.

“Prezident Nikolas Maduro ərazini fəlakət zonası elan edəcək və o, həmçinin üç günlük matəm elan edib”, – D.Rodriges əlavə edib.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Mənbə: TASS