Vens özünü “Evdə tək” filminin baş qəhrəmanı ilə müqayisə edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ-nin vitse-prezidenti Vens Donald Trampın Çinə səfəri zamanı Ağ Evdəki vəziyyəti maraqlı şəkildə təsvir edib.
O, Trampın Çinə səfəri fonunda ABŞ administrasiyasındakı boşluğu “Evdə tək” filminin baş qəhrəmanı ilə müqayisə edərək bildirib: “Mən Ağ Evə girirəm — orada heç kim yoxdur, ölü sükut”.
Qeyd edək ki, Trampın komandasının böyük bir hissəsi hazırda onunla birlikdə Pekindədir.
ABŞ nümayəndə heyətinin tərkibində Rubio, Heqset, Bessent, eləcə də ölkənin aparıcı texnologiya şirkətlərinin rəhbərləri yer alıb.
Trampın Çinə səfəri və komandasının demək olar ki, tam heyətlə orada olması Vaşinqtonda idarəetmə və siyasi diqqət mərkəzinin müvəqqəti olaraq xaricə köçdüyü barədə müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






