“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə birgə tədbir keçirilibbackend

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin təşkilatçılığı, “Azersun Holding”in dəstəyi ilə “Laçın, sən azadsan!” devizi altında şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib.

Yazıçı-jurnalist Gülnarə İsrafil tədbiri açıq elan edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev qonaqları salamlayaraq 44 günlük müharibədən sonra Laçın şəhəri, Zabux və Sus kəndlərində üç rəngli bayrağmızın dalğalanması mansibətilə təbriklərini çatdırıb. Ali Baş komandanın “Dəmir yumruq”unun həmişəki kimi yerində, müzəffər ordumuzun isə hər zaman hazır olduğunu bildirən QHT sədri şəhidləmizə rəhmət,  qazilərimizə cansağlığı arzulayıb. Tədbirin keçirilməsinə görə “Azersun Holding”ə yaratdığı şərait üçün təşəkkürlərini çatdıran Emin Tarverdiyev “Vətən Bağı” STİB adından bu tədbirdə əməyi olan hər bir kəsə minnətdarlıq edib.

Laçınlı alim Arif Gürşadoğlu çıxış edərək Laçının Azərbaycan üçün necə əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Laçın şəhəri, Zabux və Sus kəndlərində artıq Azərbaycan üç rəngli bayrağının dalğalanması münasibətilə hər kəsi təbrik edən alim belə tədbirlərin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Alpaqut Federasiyasının ideoloji və təşkilati məsələlər üzrə vitse prezidenti, Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin fəxri üzvü, bəstəçi Fərahim Sadiq bütün laçınlılara göz aydınlığı verib, bir daha xalqımıza belə ağrı-acılar yaşamamağı arzulayıb. Gənclərin vətənpərvər ruhunda böyüməsində əllərindən gələni əsirgəmədiklərini söyləyən federasiya rəsmisi belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin lazımlı olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin və qazilərimizin diqqətdə saxlanılmasına böyük önəm verilməsini qeyd edən Fərahim Sadiq 44 gündə ordumuzun keçdiyi şərəfli yola da nəzər salıb, oğullarımızın qəhrəmanlığından söz açıb.

İş adamı Hüseyn Asıktürk bu tədbirdə böyük fəxrlə iştirak etdiyini, şəhid əmanətlərinə hər zaman sayğı və diqqətlə yanaşılmağın vacibliyini qeyd edib. “Çünki onlar bizlərə atalarının əmanətidi” deyən iş adamı Laçının azadlığı münasibətilə xalqımıza təbriklərini çatıdırb.

Müğənnilərdən Ofelya Şabanova, Əlfəddin Kərimov, Nahid Cəfəroğlunun ifaları alqışlarla qarşılanıb. Şəhid baş leytenant Hikmət Səfərovun oğlu Azər Səfərovun atasına həsr etdiyi mahnı və körpələrin şəhidlərimizə həsr etdikləri şeirlər tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

Tədbirin sonunda şəhid övladları üçün şou təşkil edilib. Fokusçu Namil Aslanın maraqlı seansları, kloun və göygöz kosa personajının tədbirdəki çıxışı, şar və köpük şou şəhid əmanətlərinin sevincinə səbəb olub.

Yekunda “Vətən Bağı” STİB-in həmtəsisçisi Elmar Hüseynov və sədr müavini Xəyalə Əfəndiyeva bütün tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Onlar belə tədbirlərin mütəmadi olacağını qeyd edərək əziyyət çəkən hər kəsə təşəkkürlərini çatdırılıblar.

image-485ace7d-2f11-4118-8e8c-8aed18cdc688 image-2b2185c6-32bd-41e9-a3b0-c42706eca9c2 image-9d7793a0-d657-470a-ac56-130e5474bfed image-b68145dc-fe77-4815-bded-b4b2208efa5c image-d43310b9-4779-4614-b2b8-4da66d0c9b88 image-8a731de2-1ab3-48e3-8988-2751a2ec06fb image-ce971baa-825b-4fb5-a0f4-710dd6ebbcd4 image-ffd2c131-1f18-4066-abeb-03cb5a520eaf image-e5e0517e-bff8-41a4-be60-110b3b23bedb image-d1580864-d8f3-4498-9ceb-dd19a4af34cc image-703b00e7-5887-4170-9303-a5d4554ef9d8