Vətəndaşlardan 2 avtomat, 3 qumbara 14 tüfəng götürülübbackend

Vətəndaşlardan 2 avtomat, 3 qumbara 14 tüfəng götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 3 qumbara, 1 qumbara alışdırıcısı, 1 patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri ilə 2 tüfəng aşkar edilərək götürülüb.