Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilibbackend

Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib.

İnterpress.az xəbər verir ki, “Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.