Vətəndaş Həmrəyliyi Partiyası 28 May Müstəqillik Günü ilə əlaqədar Cümhuriyyət abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub. VHP sədri Sabir Rüstəmxanlı mərasimdə çıxış edərək Xalq Cümhuriyyətinin tarixi rolundan və müasir Azərbaycan dövlətinin məhz Cümhuriyyətin təməlləri üzərində qurulduğundan danışıb.