Pilotsuz uçuş aparatı Litva prezidentinin təyyarəsinin Vilnüsə enişini təxirə salıb.
İnterpress.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Litva prezidenti Gitanas Nauseda, həyat yoldaşı və rəsmi nümayəndə heyətinin olduğu təyyarənin Vilnüsdə planlaşdırılan vaxtdan gec eniş etməsinə səbəb hava limanı yaxınlığında aşkarlanan dron olub.
LRT-nin məlumatına görə, təhlükəsizlik xidməti Lepkalnis rayonunda uçuş aparan naməlum dron barədə xəbərdarlıq edib. Bununla bağlı prezidentin təyyarəsi paytaxt üzərində təxminən yarım saat dairə vurub.
Gitanas Nauseda Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Avropa basketbol çempionatından geri dönürdü.
Xuraman Etibarlı
İnterpress.az